Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda karantini pozan kafe icarədarı və 8 nəfər saxlanıldı

08 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda karantini pozan kafe aşkarlanıb.

Press.az-ın xəbərinə görə, iyunun 7-i saat 17:15-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri reydlər nəticəsində Sabunçu rayonu, Sabunçu bazarının içərisində yerləşən adsız kafedə epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edilərək ümumilikdə 9 nəfər şəxs saxlanılıb.

Belə ki, kafenin icarədarı paytaxt sakini, 1962-ci il təvəllüdlü Məlakə Xəlilova və digərləri saxlanılaraq 12-ci PŞ-nə gətirilib, video çəkilişlər aparılıb.

Məhəbbət Quliyeva, Nəriman Kərimov və Səddam Əlili İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə barələrində inzibati protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.

12-ci PŞ-nə gətirilən digər 6 nəfər barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimə olunub və ümumilikdə 1 200 manat məbləğin tam şəkildə ödənilməsi təmin edilib.

Oxşar xəbərlər
OTACI