Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tvitlərə düzəliş funksiyası gəlir: Tvitterdən maraqlı ŞƏRT

08 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tvitter çox uzun müddətdir gözlənilən funksiyanı aktivləşdirməyə hazırlaşır.

Press.Az ted.az-a istinadən bildirir ki, platforma rəsmiləri paylaşılan tvitlərə düzəliş xüsusiyyətini əlavə etməyi planlaşdırırlar.

Açıqlamada bildirilir ki, bunun üçün istifadəçilər bir şərtə əməl etməlidirlər.

Belə ki, funksiyanın aktivləşdirilməsi üçün hamının tibbi maska taxmağı vacibdir.

Çünki ilin əvvəlindən bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Virusun yayılmasının qarşısının alınmasında isə əsas silah tibbi maskadan istifadədir.

Bu açıqlama ilə Tvitter rəhbərliyi həm də sosial mesaj verməyə çalışır. İstifadəçilərə isə gözləmək və məsuliyyətli davranmaq qalır.

Oxşar xəbərlər
OTACI