Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİQQƏT! Koronavirusun daha bir simptomu AÇIQLANDI

07 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Stomatoloqlar koronavirusun xəstələrin ağız boşluğunda bir sıra iltihabi proseslərə səbəb ola biləcək fərqli xüsusiyyətini aşkar ediblər.

Press.az Metbuat.az-a istinadən xəbər verir ki, Braziliyalı həkimlər COVID-19-a yoluxduqdan sonra xəstəxanaya yerləşdirilən bəzi xəstələrin dilində xoralar və ləkələrin, həmçinin çatların əmələ gəldiyi barədə müşahidələrini bölüşüblər. Həkimlər bunların koronavirus infeksiyası səbəbindən səhhətin sistematik pisləşməsi nəticəsində meydana gələn ikinci dərəcəli zədələnmə olduğunu bildiriblər.

Koronavirusun oral əlamətləri və simptomları arasında dadbilmə pozğunluğu, qanaxma, kandidoz, travmatik xoralar və dilin, selikli qişanın digər müxtəlif zədələnmələri də göstərilib.

Daha öncə bildirilirdi ki, koronavirusa yoluxmuş və şəkərli diabetdən əziyyət çəkən pasiyentlər ağızlarının tez-tez qurumasından şikayətlənirlər. Bu simptomun infeksiyanı müalicə etmək üçün istifadə olunan dərmanların yan təsiri ola biləcəyi istisna edilmir.

Oxşar xəbərlər
OTACI