Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda baş həkim və beş tibb bacısı COVID-19-a yoluxub

07 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.

Press.az-ın APA-ya istinadən məlumatına görə, Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.

O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əli Məmmədov açıqlamasında bildirib ki, bir həftə əvvəl onda COVİD-19 virusu aşkarlandıqdan sonra paytaxta aparılıb. O, müalicənin nəticələrinin kafi hesab olunduğunu deyib:

“Nəfəs almaqda bəzən çətinlik olur. Belə olduqda oksigen verirlər. Bəzən hərarətim olur, ancaq vəziyyətim stabildir. Ailə üzvlərimdən heç kimdə COVİD-19 aşkarlanmayıb. Lakin Beyləqan Mərkəzi Rayon Xəstəxanasından 5 tibb bacısının analizlərinin cavabı da pozitiv çıxıb. Onlar başqa xəstəxanalara yerləşdirilib”.

Oxşar xəbərlər
OTACI