Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Saxta nömrə ilə postlardan qaçan sürücü həbs olunub - ANBAAN GÖRÜNTÜLƏR - Video

07 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyulun 7-də, saat 08:20 radələrində Gəncə şəhər sakini Əliyev Tural Sadiq oğlu başqa nəqliyyat vasitəsinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə vuraraq rayon istiqamətinə gedərkən Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən karantin postunda yük avtomobilləri üçün nəzərdə tutulan hərəkət zolağına daxil olmuş və polis əməkdaşının saxlama işarəsinə tabe olmayaraq hərəkətini davam etdirmişdir.

Press.az Avtosfer.az-a istinadən xəbər verir ki, sürücü T.Əliyev növbəti stasionar postda da verilən işarəyə tabe olmayaraq nəqliyyat vasitəsini saxlamamış, 3-cü posta isə avtomobili YPX əməkdaşlarının üzərinə sürərək qaçmağa cəhd göstərərkən məcburi qaydada saxlanılmışdır.  Sürücü nömrələri radarlardan yayınmaq məqsədilə dəyişdiyini bildirmiş, tabe olmamağını isə paytaxta giriş-çıxış üçün müvafiq icazəsinin olmaması ilə izah etmişdir. Əliyev Tural Sadiq oğlu törətdiyi hərəkətlərə görə Yevlax Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

Oxşar xəbərlər
OTACI