Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət Məşğulluq Agentliyi iqtisadiyyatın aktual sahələri üzrə peşə və ixtisaslara dair tanıdıcı videoçarxlar hazırlayıb

07 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndəki Dövlət Məşğulluq Agentliyi tərəfindən iqtisadiyyatın aktual sahələrini əhatə edən 50 peşə və ixtisas üzrə tanıdıcı videoçarxlar hazırlanıb.

Nazirlikdən Press.az-a verilən məlumata görə, videoçarxlarda seçilmiş peşə və ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlara dair məlumat verilir. Həmin peşə və ixtisaslara necə və harada yiyələnməyin, onlarla hansı iqtisadi fəaliyyət sahələrində işləməyin mümkün olduğu diqqətə çatdırılır.

Videoçarxların hazırlanmasında məqsəd əmək fəaliyyətinə başlamağa hazırlaşan gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə, ixtisas seçiminə dəstək göstərməkdir.

Oxşar xəbərlər
OTACI