Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır

07 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və elektrik enerjisinin istehsalını, ötürülməsini, paylanmasını və idarəedilməsini dayandırmayan “Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətləri, tabeliklərindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı istehlakçıların dayanıqlı, keyfiyyətli və fasiləsiz enerji təminatı üçün bütün lazımi addımları atırlar.

Press.az xəbər verir ki, bu barədə hər iki qurumun yaydığı birgə məlumatda deyilir.

Məlumata görə, son dövrlər çaylarda su səviyyəsinin azalması enerjinin istehsalına təsir edib, hava hərarətinin getdikcə yüksəlməsi fonunda çox sayda insanın evdə qalaraq kondinsioner işlətməsinə görə elektrik enerjisinə olan tələbatı əvvəlki günlərlə müqayisədə bir qədər də artıb və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq “Azərenerji” və “Azərişıq” işə çıxan əməkdaşlarının sayını kəskin azaldıb. Lakin şənbə, bazar və bayram günlərində də növbəli şəkildə fasiləsiz olaraq iş başında olan əməkdaşlar necə böyük məsuliyyət daşıdıqlarını başa düşərək, əvvəlki karantin rejimi vaxtlarında olduğu kimi bu dəfə də istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsini həyata keçirəcəklər.   
 

Oxşar xəbərlər
OTACI