Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uşaqlarda koronavirus simptomları AŞKARLANDI

07 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir qrup elm adamı, COVID-19 olan uşaqlarda nadir simptomları araşdırıblar.

Press.Az xəbər verir ki, tədqiqatçılar uşaqların mərkəzi və periferik sinir sisteminə təsir edən nevroloji dəyişikliklərə məruz qala biləcəyini müəyyən ediblər.

İlk dəfə olaraq nevroloji pozuntular haqqında ingilis tibb elimləri doktoru Omar Abdel-Mannan məlumat verib. O, COVID-19 olan uşaqlarda nevroloji problemlərin bir neçə halını təsvir edib.

Dədqiqatda 27 COVİD-19 xəstəsi iştirak edib. Tədqiqatçılar koronavirusdan əvvəl heç bir sağlamlıq problemi olmayan dörd xəstənin (14,8%) ensefalopatiya, baş ağrısı, əzələ zəifliyi və reflekslərin azalması daxil olmaqla yeni nevroloji simptomların ortaya çıxdığını tapıblar.

Müalicə üçün həmin 4 xəstə reanimasiya şöbəsinə yerləşdiriliblər. Beynin maqnit rezonans tomoqrafiyası zamanı dörd xəstənin hər birində dəyişikliklər müşahidə olunub.

Xəstələrin üçü elektroensefalografiya aparılıb və onlarda aktivliyin zəifləməsi aşkar edilib. Sinir keçiriciliyi üçün sınaqdan keçirilmiş hər üç xəstədə yüngül miyopatik və nöropatik dəyişikliklər müşahidə edilib. 

Oxşar xəbərlər
OTACI