Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda yayılan qoxunun səbəbi açıqlandı - RƏSMİ

06 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

Press.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, iy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.

O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

Oxşar xəbərlər
OTACI