Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanda məhdudiyyətlər yanvarın 1-dək müddət uzadılır

06 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstan hökumətinin ölkə ərazisində fövqəladə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddətinin uzadılacağı gözlənilir.

Press.az xəbər verir ki, bununla bağlı “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsi hazırlanıb.

Sənədlə bu müddətin 2021-ci ilin yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstan parlamentinin mayın 22-də təsdiq etdiyi “İctimai sağlamlıq” haqqında qanuna əsasən, hökumətə koronavirusun yayılmasının qarşısının alınması üçün iyulun 15-dək məhdudiyyətlər tətbiq etmək hüququ verilib.

Qüvvədə olan qanuna görə, hökumət həmin tarixədək hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri fövqəladə vəziyyət elan etmədən həyata keçirə bilər.Report

Oxşar xəbərlər
OTACI