Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həkim: "COVID-19 analizinin cavabı mənfi olan bəzi xəstələrdə "buzlu şüşə" aşkarlanır"

06 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bəzən ilk müayinədə koronavirus xəstələrinin nəticəsi neqativ çıxsa da, sonradan bu pozitivə çevrilə bilir. Ona görə də bir çox ölkələrdə analiz  cavabından asılı olmadan kompüter tamoqrafiyası (KT) çəkilir”.

Press.az xəbər verir ki, bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, bu xəstəlik tam və ya qismən irəlilədikdən sonra meydana çıxır: “Dəfələrlə bir çox xəstələrdə KT müayinəsi nəticəsində COVID-19-un əlaməti olan “buzlu şüşə”aşkarlanıb. Ancaq belə xəstələri koronaviruslu xəstə kimi qəbul edib həmin gün müalicəyə başlamaq lazımdır. Belə xəstələr bizdə çoxdur. Hətta sona kimi də onların cavabı neqativ çıxıb”.  

Oxşar xəbərlər
OTACI