Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Fairmont Baku”da saxlanılarkən jurnalistləri təhqir edən şəxs həbs edildi

06 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sərt karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən, görüntüləri yayıldıqdan sonra isə jurnalistlərə qarşı təhqirlər səsləndirən İsmayıl Babayev barədə qərar verilib.

Press.Az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsi tərəfindən İ.Babayev barəsində 20 sutka inzibati həbs qərarı verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti məlumatı saytımıza təsdiqləyib.

Qeyd edək ki, ötən gün İsmayıl Babayev “Fairmont Baku” hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.

Oxşar xəbərlər
OTACI