Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Boya fabrikindəki yanğın havanın çirklənməsinə səbəb olub

06 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı havada müəyyən çirklənmələr qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, iyulun 4-də “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb.

Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə ETSN-nin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Aparılan analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol verilən qatılıq həddini keçib.
Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər
OTACI