Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tərtər sakininin şantaj yolu ilə 500 manatını alan şəxs saxlanılıb

06 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tərtər sakininə hədə-qorxu gələn şəxs tutulub.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən şəhər sakini olan bir nəfər cari ilin yanvar ayından iyun ayınadək olan müddətdə həmyerlisi H.Əsədova və Goranboy rayon sakini K.Bayramovun onu sosial şəbəkədə rüsvay edəcəkləri ilə hədə-qorxu gəlib 500 manatını aldıqlarını bildirib.

Faktla əlaqədar Tərtər RPŞ-də Cinayət Məcəlləsininin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

Oxşar xəbərlər
OTACI