Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir - FOTO

05 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkəmizdə bir neçə şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Şəkidə də rayonun giriş-çıxışlarında polis postları qurulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, şəhərdə hərəkətin daim intensiv olduğu küçə və prospektlərdə hazırda boşluq müşahidə edilir.

Polis əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən mərkəzi küçələrlə yanaşı məhəllə arası yollara da nəzarət edilir. Sakinlərin əksəriyyəti tərəfindən karantin rejimi anlayışla qarşılansa da, bir neçə şəxs qaydaları pozduqları üçün barələrində qanunauyğun tədbirlər görülüb.

Qeyd edək ki, dünəndən etibarən polis əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıb, onlara sərtləşdirilmiş karantin rejiminin tələb və qaydalarını izah ediblər.

Oxşar xəbərlər
OTACI