Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gündən QADAĞAN EDİLDİ - Azərbaycanda yeni məhdudiyyət QÜVVƏYƏ MİNDİ

05 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gündən Azərbaycan ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Press.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərarda bildirilir ki, virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir.

Qeyd edək ki, ölkədə epidemioloji vəziyyətlə əlaqədar xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

Oxşar xəbərlər
OTACI