Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Sobsan” boya fabrikindəki yanğın davam edir: Kəmaləddin Heydərov da hadisə yerindədir – YENİLƏNİB - VİDEO - FOTO

05 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

00:19

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Press.az Trend-ə istinadən bildirir ki, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

04.07.2020

23:59

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

* * *

Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardım (TTY) stansiyasına çağırış 20:18-də daxil olub. 

Press.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə 3 TTY briqadası cəlb olunub. 

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin xəsarət alan 4 əməkdaşı TTY briqadasına müraciət edib. Onlardan bir nəfəri başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3-ü isə Toksikologiya Mərkəzinə aparılıb.

23:23

Press.az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

22:00

Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir.

Press.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib.

TƏBİB-dənverilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.

21:38

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

21:33

FHN tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.  

***

Press.az APA-ya istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda Sobsan boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

21:11

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.

Qərargahdan Press.az-a verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

***

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir.

Press.az APA-ya istinadən xəbər verir ki, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

21:00

Bakıda boya fabrikində güclü yanğın başlayıb.

Press.az Trend-ə istinadən bildirir ki, adisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikində baş verib. Güclü yanğın fabrikin ərazisini bürüyüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür.

20:30

Bakının Binqədəi rayonunda dəhşətli yanğın baş verib.

Press.az xəbər verir ki, hadisə 7-ci mikrorayon adlanan ərazidə olub.

İlkin məlumatlara görə, “Sobsan” boya fabrikinə məxsus sexdə partlayış olub.

 

Oxşar xəbərlər
OTACI