Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İki yaşlı Zəhranın erməni silahlı qüvvələri tərəfindən öldürülməsinin üç ili tamam olur

04 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlılar - iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsindən üç ili tamam olur.

Press.Az xəbər verir ki, Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olmuşdu.

Qarabağ müharibəsinin ən kiçik şəhidi hesab olunan Zəhra valideynlərinin yeganə, bir neçə ildən sonra əziyyətlə dünyaya gələn övladı idi.

Məsələ ilə bağlı bir sıra beynəlxalq təşkilatlar, xarici ölkələrin diplomatik nümayəndəlikləri təcavüzkar erməni ordusunu qınamış, Avropa Məhkəməsinə müraciət olunmuşdu.

Oxşar xəbərlər
OTACI