Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəmkirdə karantin qaydalarını pozaraq yas mərasimi təşkil edənlər cəzalandırıldı - VİDEO

04 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkirdə sərt karantin rejiminə baxmayaraq təşkil olunan yas mərasimi dayandırılıb.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə Aşağı Seyfəli kəndində baş verib.

Rayon icra başçısı Alimpaşa Məmmədov və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana gedərək mərasimi dayandırıblar.

Yası təşkil edən şəxslər cəzalandırılıb, iştirak edən kənd sakinləri barəsində isə karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.

Eyni zamanda qadağalara baxmayaraq, mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Oxşar xəbərlər
OTACI