Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa görə Azərbaycanda DAHA BİR YARIŞ təxirə salındı

04 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyasına görə Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış təxirə salınıb. 

Press.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası nəzərdə tutulan vaxtda olmayacaq.

Beynəlxalq Şahmat Federasiyasının qərarına əsasən 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında Naxçıvanda keçirilməliydi. 2-12 oktyabr tarixlərində təşkili planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Turnirin dəqiq tarixləri gələcək günlərdə açıqlanacaq.

Qeyd edək ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.

Koronavirus pandemiyası səbəbindən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasından başqa, Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2020 superturniri də təxirə salınıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI