Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib - FOTO

04 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Pirşağı qəsəbəsindən yerləşən “Balıq evi” kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar olunub.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, polislər tərəfindən obyekt sahibi Mehdi Əliyev və orada olan 7 nəfər müştəri saxlanılaraq polis bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

Oxşar xəbərlər
OTACI