Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Britaniyada COVID-19 qurbanlarının sayı 44,1 mini ötdü

03 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyada son bir gündə koronavirusdan 137 nəfər ölüb.

Press.az xəbər verir ki, bu barədə yerli hökumətin saytında məlumat yayılıb.

Qeyd edilir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin ümumi sayı 44 131 nəfərə çatıb.

Məlumata görə, son bir gündə koronavirusa 544 yeni yoluxma aşkarlanıb. Beləliklə, Britaniyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 284 276 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər
OTACI