Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə fişəng fabrikində partlayış olub- YARALANANLAR VAR

03 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində baş verən partlayış nəticəsində azı 11 nəfər yaralanıb.

Press.az "Report”-a istinadən xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Partlayış səsləri 50 km aralıdakı yaşayış məntəqəsində də eşidilib. Sakinlər partlayışı zəlzələ zənn ediblər.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Fabrikdə 195 nəfər işləyir. Hadisənin səbəbi hələ ki məluma deyil.

Bildirilib ki, son 11 ildə bu həmin fabrikdə 3-cü partlayışdır. 2009-cu ildə baş verən ilk hadisə nəticəsində bir nəfər ölmüş, 37 nəfər yaralanmışdı. İkinci hadisə 2014-cü ilin dekabrında olub. Nəticədə bir fəhlə ölmüş, 2 fəhlə yaralanmışdı.

Oxşar xəbərlər
OTACI