Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şahin Mustafayev vəzifədən azad edildi - SƏRƏNCAM

03 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev "Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Press.az xəbər verir ki, sərəncamla Şahin Abdulla oğlu Mustafayev Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş.Mustafayev ötən ilə qədər İqtisadiyyat naziri vəzifəsini tutub. Hazırda o, Baş Nazirin müavinidir. 

Oxşar xəbərlər
OTACI