Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həkimindən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA

03 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əməkdar artist Bəhram bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur.

Bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib: "Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik yoxdur. Müsbət dinamika davam edir".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olmuşdu.

Trend

Oxşar xəbərlər
OTACI