Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Özəl sektorda əmək müqavilələrinin sayı 110 min artıb

03 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin bir istiqaməti də qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına yönəlib.

Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir, işəgötürənlərlə sosial dialoq müstəvisində müvafiq işlər aparılır.

Nazirlikdən Press.az-a verilən məlumata görə, görülən işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, artım dinamikası davam edib.

Qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı bu il aprelin 1-dən 87 200, yanvarın 1-dən 110 min müqavilə artaraq, 2020-ci ilin 1 iyul tarixinə 751 300-ə çatıb.

Oxşar xəbərlər
OTACI