Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Misirdə koronavirus əleyhinə dərmanların istehsalına başlanılıb

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Misirin "Eva Pharma" əczaçılıq şirkəti COVID-19-a yoluxan xəstələrin müalicəsində istifadə ediləcək "Remdesivir" və "Favipiravir" dərman preparatlarının istehsalına başlayıb.

Press.az ted.az-a istinadən bildirir ki, bu dərmanlardan birincisi intensiv müalicə olunan pasiyentlərin orqanizminin oksigenlə təmin edilməsini asanlaşdırır. Bundan əvvəl qeyd olunan preparat Ebola virusuna yoluxanların müalicəsində istifadə edilib.

ABŞ-ın "Gilead Science" şirkətindən lisenziya alan "Eva Pharma" firması "Remdesivir"i 127 ölkəyə ixrac edəcək. Bir qutusu 125 dollara satılacaq bu dərmanın ilkin mərhələdə ayda 50 min dozası istehsal ediləcək. Firma artıq Misirin karantin xəstəxanalarını preparatla təchiz etməyə başlayıb.

"Favipiravir"in isə ilk partiyası üç həftədən sonra xəstəxanalara çatdırılacaq. Onun yekun qiyməti hələlik müəyyən edilməyib. Bu dərman Yaponiyanın "Avigan" preparatının əvəzedicisidir.

Misir şirkəti dərman preparatlarını öncə Yaxın Şərq və Afrika ölkələrinə göndərəcək, sonra isə digər dövlətlərdən də sifarişlər qəbul ediləcək.

Oxşar xəbərlər
OTACI