Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tokioda koronavirusa yoluxanların əksəriyyəti 20-30 yaşlarda gənclərdir

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cümə axşamı Yaponiyanın paytaxtında COVID-19-a bir gündə 107 nəfərin yoluxduğu bildirilib. Rəsmilər bunun son iki ayda ölkədə ən yüksək rəqəm olduğunu deyib.

Tokio qubernatoru Yuriko Koike jurnalistlərə açıqlamasında son yoluxmaların çoxunun 20-30 yaşlarında insanlar arasında olduğunu bildirib və deyib ki, buna səbəb gənclərin şənlənmək üçün gecə toplaşmalarıdır.

O, işçiləri koronavirus üçün müayinədən keçməyə və sakinləri Tokionun gecə həyatı rayonuna getməməyə və virusun yayılmasında ehtiyatlı olmağa çağırıb.

Qubernator heç kimin müəssisələrin yenidən bağlanmasını istəmədiyini deyib və sakinləri əməkdaşlığa çağırıb.

Hökümət rəsmiləri yoluxmanın artdığını etiraf edib. Lakin onlar Tokionun əyləncə bölgəsindəki işçilər arasında testlər artırıldığı üçün testlər işçilərin çoxuna diaqnoz qoyulduğunu bildirib.

İki nay əvvəl, mayın 2-də Tokioda yoluxanların sayının 154 olduğu bildirilmişdi. Şəhərdə yoluxmaların sayı gündə 100-ə enəndə 7 həftə davam edən fövqəladə vəziyyət qaldırılmışdı.

Oxşar xəbərlər
OTACI