Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-da son bir gündə koronavirusa 50 min nəfər yoluxub

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusun ABŞ-a gəlməsindən bəri ilk dəfə ölkə boyu bir gün ərzində yoluxanların sayı 50 min olub.

`Covid İzləmə Layihəsi` çərşənbə günü yoluxma hallarına görə Kaliforniya 9 min 740 nəfərlə birinci yerdə olub. Texas 8 min 776 halla ikinci, Floridanın cənub-şərq regionu 6 min 563 halla üçüncü yerdə olub. Arizona ştatının cənub-qərb regionunda isə 4 min 877 nəfər yoluxub.

Çərşənbə günü koronavirusa bir günlük yoluxma halları ən çox Alyaska, Corciya, Luiziana, Şimali Karolina və Tennessi ştatlarında olub.

Yeni yoluxma halları 8 ştatda çoxsaylı insanın xəstəxanalara yerləşdirilməsi ilə müşayiət edilir. Təkcə Texasda iyunun 1-də 6 904 xəstə qəbul edilib. Ölkənin bu ən böyük ştatlarından biri olan Texasda böhran vəziyyəti yaranıb.

Kaliforniyada yoluxma hallarının sürətlə artması qubernator Qovin Nyusomun barları, teatrları, restoran daxilində yeməklər də daxil olmaqla, 19 mahalda sərt məhdudiyyətləri yenidən bərpa etməyə məcbur edib.

Nyu-York ştatının meri Bill de Blasio şəhərə başqa ştatlardan gələn insanların virusu gətirmə ehtimalı üzündən qapalı yeməkxanaları açmağı planını təxirə salıb. Pensilvaniya ştatınn qubernatoru Tom Volf hər kəsin məcburi olaraq üz maskaları taxması ilə bağlı çərşənbə günü sərəncam verib.

Ümumdünya Səhiyyə Təşkilatı dekabr ayından bəri dünya boyu koronavirusa 10 milyon yoluxma halının 60 faizinin iyun ayına təsadüf etdiyini və bunun pandemiyanın getdikcə artdığı demək olduğunu bildirib.

Oxşar xəbərlər
OTACI