Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Növbəti sərt karantin günlərində yalnız bu hallarda çölə çıxmağa icazə veriləcək

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq ediləcək xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə bir sıra hallarda yol veriləcək.

Press.az xəbər verir ki, həmin hallar aşağıdakılardır:

- təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

- ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

- yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)

Oxşar xəbərlər
OTACI