logo
First slide

Balakəndə qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində adı “Qırmızı kitab”a düşən qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb.

Bu barədə Press.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman “Ford” markalı avtomobilə “saxla” əmri verilib.  Avtomobilə baxış zamanı orada 2 qonur ayı balası aşkar edilib.  Avtomobildə olan sürücü və sərnişinlər saxlanılaraq polis şöbəsinə gətirilib. Onların Şəki rayon sakinləri - Anar Abdullayev,  Fazil Sadıqov və Vasif Əhmədov olduqları müəyyən edilib. A.Abdullayev və F.Sadıqov ifadələrində Şəki rayonunda meşəyə gedərkən orada qonur ayı balalarını görərək  özləri ilə yaşadıqları ünvana gətirdiklərini, bir aydan artıq  bəslədikdən sonra 3 500 manata onları satmaq üçün V.Əhmədova məxsus avtomobillə  Balakən rayonuna gətirdiklərini bildiriblər. Polis əməkdaşları tərəfindən qonur ayı balaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib və Altıağac Milli Parkı nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər