Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ölkənin baş epidemioloqu: “Heç nədən xəbərim yoxdur”

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkənin koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavabsız qoyur.

Press.az xəbər verir ki, Unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb.

İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:

“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən xəbərim yoxdur. Kənddəyəm. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.

Oxşar xəbərlər
OTACI