Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı professor və həyat yoldaşı koronavirusa yoluxub

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun əməkdaşı koronavirusa yoluxub.

Press.az "Report"a istinadən xəbər verir ki, İnstitutun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi test analizinin cavabı pozitiv çıxıb.

Bununla yanaşı, professorun həyat yoldaşı da koronavirusa yoluxub.

"Ev şəraitində beşinci sistemdən sonra vəziyyətim sabitdir. Həyat yoldaşımda səkkizinci sistemdən sonra da boğulmaları tez-tez tutur. Boğulma əleyhinə bir neçə venadaxili dərman vasitələri qəbul edib bir qədər yüngülləşən kimi mənim sistemimi qoşur", - İ.Abbasov səhhəti haqqında məlumat verib.

Oxşar xəbərlər
OTACI