Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şahmatçımızdan şok startın ardı gəlmədi

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyası üzündən onlayn yarışlar keçirən FİDE-nin təşkilatçılığı ilə növbəti yarış start götürüb.

Press.az xəbər verir ki, qadınların sürətli şahmat çempionatı Qran-Prisində ikinci mərhələ başlayıb.

İlk yarış günündə 1/8 final qarşılaşmaları təşkil olunub. Azərbaycan şahmatçısı Günay Məmmədzadə də gücünü sınayıb.

Birinci mərhələdə mübarizəni ilk raundda dayandıran təmsilçimiz bu dəfə ilk sınaqda çinli Hou Yifenlə qarşılaşıb. FİDE reytinqinin lideri, sabiq dünya çempionu görüşün aşkar favoriti olsa da, Günay rəqibini startda şoka salmağı bacarıb.

İlk üç partiyada qələbə qazanan şahmatçımız adlı-sanlı rəqibinə çətin anlar yaşadıb. Lakin təcrübə öz sözünü deyib və birinci mərhələdə istirahət edən asiyalı toparlanaraq yarışa uyğunlaşmağa nail olub. Yekunda 4,5:5,5 hesabı ilə məğlub olan Günay mübarizəni dayandırıb.

Qeyd edək ki, yarış iştirakçılarının hər biri dörd mərhələdən üçündə qüvvəsini sınayır və yekunda ən yaxşılar həlledici raunda yüksəlir. İlk iki mərhələdə 1/8 finalda dayanan Məmmədzadə 3-cü turnirdə də çıxış edib, 4-cünü buraxacaq. Qran-Prinin üçüncü mərhələsi iyulun 8-12-də baş tutacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI