Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AVRO-2020 və Tokio-2020 ərəfəsində “Tur de Frans” üçün çətin durum

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Tur de Frans” veloyürüşünün Danimarka mərhələlərinin Təşkilat Komitəsi 2021-ci ildə keçiriləcək yarışın start vaxtının dəyişdirilməsindən imtina edib.

Press.az xəbər verir ki, bunu ölkənin paytaxtı Kopenhagenin meri Frank Yensen açıqlayıb.

O bildirib ki, bu addım yarışın AVRO-2020-nin şəhərdə keçiriləcək oyunları ilə üst-üstə düşməməsi üçün atılıb.

Məsələ ondadır ki, nüfuzlu “Tur de Frans” yürüşü iyulun 2-də başlamalıdır. Bu, AVRO-2020-nin Kopenhagendəki görüşləri başa çatdıqdan sonraya təsadüf edəcək.

Yarışın belə başlaması isə onun Tokio-2020 Yay Olimpiya Oyunları ilə üst-üstə düşməsini qaçılmaz edir. “Tur de Frans”ın təşkilatçıları Olimpiadaya görə yürüşün bir həftə əvvəl başlamasını xahiş etməyi lazım bilib. Lakin Kopenhagen rəhbərliyi bununla razılaşmayıb. 

Qeyd edək ki, “Tur de Frans” 1903-cü ildən keçirilir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI