Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu il dünya çempionatı keçirilə bilər

01 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Dünya Güləş Birliyinin (UWW) Atletlər Komissiyasının ikinci onlayn konfransı keçirilib.

Press.Az Oxu.az-a istinadən xəbər verir ki, onlayn konfransda pandemiyanın Cənubi Amerikada geniş yayılması ilə əlaqədar zona üzrə qitə birinciliklərinin bu il keçirilmə ehtimalının az olduğu vurğulanıb.

Digər tərəfdən, iyulun sonlarında Finlandiyada 5-6 ölkənin komandasının iştirakıyla təlim-məşq toplanışına start verilməsinin planlaşdırıldığı qeyd olunub. Müzakirələr zamanı bəzi yarışlarla bağlı da fikir mübadiləsi aparılıb.

Yeniyetmələr, gənclər və 23 yaşadək gənclər arasında qitə birinciliklərinin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulub. Norveçin paytaxtı Osloda təşkili nəzərdə tutulan böyüklərin dünya çempionatının gələn il oktyabrın 2-dən 10-dək reallaşacağı gözlənilir.

Ancaq pandemiya ilə bağlı vəziyyət müsbətə doğru dəyişsə, bu il noyabrın sonları – dekabrın əvvəllərində də dünya çempionatı keçirilə bilər. Bu il Yunanıstan və Rumıniyada çimərlik güləşi üzrə iki beynəlxalq turnir də təqvimdə yer alıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI