Bakı-Rusiya ödənişli avtomobil yolunun 30 kilometrlik hissəsinin tikintisi yekunlaşır
Press.az xəbər verir ki, bu barədə "İTV Xəbər"-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə yolun 30 kilometrlik hissəsinin tikintisi iyul ayının sonunda yekunlaşacaq: "Ümumiliklə yolun uzunluğu 150 kilometrdir və yolun tam istifadəyə verilməsi 2021-ci ilin ikinci yarısında nəzərdə tutulub." - deyə Anar Nəcəfli qeyd edib.