Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda Sina xəstəxanasında güclü partlayış nəticəsində 18 nəfər ölüb - YENİLƏNİB

01 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tehranda Sina xəstəxanasında baş  vermiş partlayış və  yanğında ölənlərim sayı 18 nəfərə çatıb.

Bunu Tehran yanğınspndürmə briqadasının sözçüsü Cəlal Məliki deyib.

Onun sözlərinə görə, hadisə yerindən indiyədək 18 nəfərin cənazəsi çıxarılıb.

***

00:00

Tehranın şimalında Sina xəstəxanasında baş verən partlayış və yanğında ölənləriən 10  nəfəri  qadın, 3 nəfəri kişidir.  

Bu barədə İranın Təcili Tibbi Yardım Təşkilatının yaydığı məlumatda bildirilib.

Məlumata görə, hadisə zamanı 10-dan çox insan xəsarət alıb.

6 nəfər Tehranın Təcriş xəstəxanasına çatdırılıb. Digərləri ambulator müayinə olduqdan sonra evə buraxılıb.

***

22:30

İranın paytaxtı Tehranın şimalında baş verən partlayışda 13 nəfər ölüb.

Ölənlərdən 6 nəfər əməliyyat otağında olub.

***

22:20

İranın paytaxtı Tehranın şimalında partlayış olub.

Partlayış tibb mərkəzində baş verib. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. 

Partlayışın başvermə səbəbi qaz balonu olub. 

Hadisə nəticəsində 3 nəfər yaralanıb.

APA

Oxşar xəbərlər
OTACI