Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu şəxslər 600 manat cərimələndi - FOTO

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri ərazisində reydlər keçirib.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, reydlər zamanı Nərimanov rayonunun Əliyar Əliyev küçəsində məişət tullantılarının qalaqlanmasına görə Xətai rayon sakini Əli Hüseynov, eləcə də Binəqədi rayonunun Binəqədi-Novxanı yolunda idarə etdiyi yük avtomobilində məişət tullantıları boşaltdığına görə paytaxt sakini Elmar Astanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə müəyyən edilərək hər biri 600 manat cərimə olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər
OTACI