Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Regionlarda 13 tondan artıq yabanı çətənə məhv edilib

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Regionlarda  13 tondan artıq yabanı çətənə məhv edilib.

Press.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) Cənub bölgəsində Regional Şöbəsinin və Lerik RPŞ-nin əməkdaşları tərəfindən Orand kəndinin ərazisində yabanı halda bitmiş 5 ton 648 kq. çəkidə 13850 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, DİN Nəqliyyatda Baş Polis İdarəsinin (NBPİ) əməkdaşları tərəfindən Qax rayonunun Uzuntala kəndi ərazisində yabanı halda bitmiş 3 ton 247 kq. çəkidə 3681 ədəd çətənə kolu aşkar olunub.

Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən Bəhmətli kəndi ərazisində yabanı halda bitmiş 4,7 tondan artıq 9040 ədəd, Ucar RPŞ-nin əməkdaşları tərəfindən Təzə Şilyan kəndi ərazisində yabanı halda bitmiş 117 kiloqram çəkidə 218 ədəd çətənə kolu aşkar edilib.

Narkotik xassəli bitkilər məhv edilib.

Oxşar xəbərlər
OTACI