Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

«Bandotdel» əməkdaşları 18 nəfəri aldadan qadını həbs ediblər

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

«Bandotdel» əməkdaşları 18 nəfəri aldadan qadını həbs ediblər

Press.Az xəbər verir ki, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək olan müddətdə Bakı şəhərində, şəhər sakini Ş.Vəliyeva Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) güzəştli mənzillər alacağı adı ilə 18 nəfəri aldadıb, onlardan ümumilikdə 63.700 manat pul alıb.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ş.Vəliyeva tutulub.

BMCMİ-də CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI