Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Mənim polisim” adlı sosial aksiya keçirilib - Fotolar

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2020-ci ilinin “Könüllülər ili” elan edilməsini rəhbər tutaraq Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında paytaxt könüllülərinin iştirakı ilə 30 iyun 2020-ci il tarixdə “Mənim polisim” adlı sosial aksiya keçirilmişdir. Bu layihə “2 iyul – Azərbaycan Polisi” gününə həsr olunmuşdur.

“Mənim polisim” adlı sosial aksiya çərçivəsində Formula 1, IV İslam Həmrəylik Oyunlarının, Avropa Gənclər Yay Olimpiya Festivalının könüllüləri, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və paytaxt Gənclər və İdman İdarələrinin əməkdaşlarının iştirakı ilə Bakının Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi və Səbail rayonlarında Covid-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyini, dəstəyini və təşəkkürünü bildirmişlər.Gerçəkləşən bu aksiya hüquq-mühafizə orqanlarında çalışan polisə gecə və gündüz ictimai əsayişin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, bu ərəfədə insanların saglamlığının qorunmasında, təhlükəsizliyin təminatında, hüquqa zidd halların qarşısının alınmasında apardıqları yorulmaz və əvəzsiz xidmətə bir təşəkkürdür.

Oxşar xəbərlər
OTACI