Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

TƏBİB rəsmisi: Bugünkü qərarlar ona görədir ki, rəqəmlər pik həddə çatmasın

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Hələ ilk günlərdən çarpayı fondu və tibbi avadanlıq baxımından heç bir problem yoxdur. Bugünkü qərarlar ona görədir ki, rəqəmlər pik həddə çatmasın”.

Press.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, yoluxmaların sayının idarə edilməsinə çalışılır:

“İtkilərin minimal olması üçün çalışırıq. Xəstəlik çox ciddidir və xahiş edirəm bunu nəzərə alın. Elə strategiya yoxdur ki, xəstələnənlərin sayı pik həddə çatsın və bundan sonra nəsə qabaqlayıcı tədbirlər görülsün. Ona görə də əlimizdən gələn qədər tədbirlər görəcəyik”. 

Oxşar xəbərlər
OTACI