Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

TƏBİB-dən Cəlilabad xəstəxanasının həyətində çəkilən görüntülərlə bağlı AÇIQLAMA

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“E-təbib mobil tətbiqi istifadə olunur. Vətəndaşlara SMS şəklində cavab getmir və getməyəcək. Mobil tətbiqi vasitəsilə FİN kod tələb olunacaq və nəticələr ordan tələb olunacaq”.

Press.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, proqram yeni olduğundan müəyyən texniki problemlər ola bilər:

“Bu da yaxın günlərdə aradan qaldırılacaq. COVID-19 xəstəxanalarda olan tibbi tullantıların məhv edilməsi ilə bağlı məsələ daim diqqətdədir".

O əlavə edib ki, tibbi tullantılarla bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həyətində çəkilən görüntülər araşdırılıb və təkrar olunmaması üçün tədbirlər görülüb.

Oxşar xəbərlər
OTACI