Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentin köməkçisindən çarter reysləri ilə bağlı MÜHÜM AÇIQLAMA

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bakı-İstanbul-Bakı xətti üzrə çarter reysləri təşkil olunur”. 

Press.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O bildirib ki, digər ölkələrlə bağlı çarter reyslərinə dair fikirlər də müzakirə edilir:

“Bu, tək Azərbaycandan asılı deyil. Çarter reyslərinin təşkil edilməsi məsələsində digər ölkələrdəki vəziyyət nəzərə alınmalıdır. Xüsusi qaydalar əsasında bu istiqamətdə müzakirələr davam etdirilir”.

Oxşar xəbərlər
OTACI