Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş prokurorluqda yeni təyinatlar

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Bu barədə Press.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Mübariz Əhmədova Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, Müqəddəs Sultanova Sumqayıt şəhərinin prokuroru vəzifələrinin icrası həvalə edilib, Vüqar Məmmədzadə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini təyin ediliblər.

Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Fuad Məmmədova Şirvan şəhərinin, Rəşad Məmmədova Xaçmaz, Elxan Əbdürrəhmənova isə Qusar rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.

Oxşar xəbərlər
OTACI