Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Roy Kin millimizin baş məşqçisi ola bilər

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin millimizin baş məşqçisi təyin oluna bilər.

Press.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Bildirilib ki, ona Millətlər Liqasında  yığmanın baş məşqçisi olmaq təklif olunub.

Xəbərdə Millətlər Liqasında C qrupunda yer alan Azərbaycan millisinin qrupdan çıxmaq şansının olduğu vurğulanıb.

Nəşr yazıb ki, Roy Kinə göndərilən şərtlər cəlbedicidir və o, bunun doğru seçim olduğunə əmin olacağı təqdirdə, yığmada işləməyə razı ola bilər. R.Kinin 48 saat ərzində cavab verməli olduğu bildirilib.

AFFA-ya yaxım mənbə təsdiqləyib ki, Kin Azərbaycan millisi üçün ən yaxşı seçimdir. Ancaq onlar tezliklə bir qərar verilməsini gözləyirlər.

Qeyd edək ki, R.Kin hazırda televiziyaların birində ekspert kimi işləyir. O, "Sanderlend" və "İpsviç Taun"da baş məşqçi kimi çalışıb. 48 yaşlı mütəxəssis İrlandiya millisində, "Aston Villa" və "Nottinqem Forest"də isə baş məşqçi köməkçisi olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI