Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıtda evlərdən oğurluq edən 2 nəfər saxlanılıb

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıtda evlərdən oğurluq edən 2 nəfər saxlanılıb

Press.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da şəhər ərazisindəki evdən 200 manat və mobil telefon oğurlayan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.İsmayılov və T.Hacıyev saxlanılıblar.

Araşdırma zamanı onların, daha 3 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları, habelə bir evdən oğurluğa cəhd göstərmələri müəyyən edilib.

Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

 

Oxşar xəbərlər
OTACI