Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ailə üzvü COVİD-19-dan öldü - VİDEO

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim. İnanın mənə, bu təhlükə realdır və yanımızdadır. COVİD-19-un qapımızı döyməsini gözləməməliyik.

Press.az xəbər verir ki, BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumat verilib.

Bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai COVİD-19 pandemiyası ilə bağlı “Bunu Azərbaycan üçün edin” adlı müraciətində deyib.

Qulam İshaqzai təəssüflə bildirib ki, COVİD-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı 9 milyonu keçib. Ölənlərin sayı isə yarım milyona çatır.

Q.İshaqzai əlavə edib ki, Azərbaycanda da yoluxanların sayı artır:

"Təəssüf ki, ölənlərin də sayı artır. Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün bu sadə tədbirləri görməyinizi xahiş edirəm. Fiziki məsafə saxlayın, əllərinizi tez-tez yuyun, tələb olunan yerlərdə maska taxın, onlardan düzgün istifadə edin, zərurət yaranmadıqca evdən çıxmayın, hökumətin tələblərinə riayət edin. Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!"

Oxşar xəbərlər
OTACI