Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İyul və avqust aylarında da REKORD İSTİLƏR olacaq - XƏBƏRDARLIQ

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu il iyul-avqust aylarında havanın temperaturunun çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 2-3 dərəcə yüksək olacağı gözlənilir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, bu il 2010, 2015-ci illlərin yayları kimi isti yay olacaq.

M.Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadası və Aran rayonlarında havanın daha isti keçəcəyi proqnozlaşdırılır.

İqlimşünas alim əlavə edib ki, builki iyul-avqust aylarında Azərbaycanda isti hava dalğalarının daha tez-tez təkrarlanması müşahidə ediləcək:

“İsti hava dalğaları dedikdə, havanın orta sutkalıq temperaturunun 35 dərəcəyədək yüksək olması, belə halın 3-5 gün və daha çox müddətdə arcıdıl müşahidə edilməsi nəzərdə tutulur. Belə hava həm kənd təsərrüfatına, həm təbii şəraitə, həm də insan sağlamlığına mənfi təsir edir. Bir gün havanın temperaturu 40 dərəcə isti ola bilər, amma bu, nə insan sağlamlığı, nə də kənd təsərrüfatı üçün o qədər böyük təhlükə deyil. Lakin temperatur 37-38 dərəcə olub, 4-5 gün və daha çox davam edərsə, bu, insan sağlamlığına da, təbiətə də mənfi təsir edər”.

Trend

Oxşar xəbərlər
OTACI